Yaponiyada hava limanında yerləşən mağazada iki qayçının yoxa çıxması səlahiyyətliləri təşvişə salıb. Hadisədən sonra 36 reys təxirə salınıb, 201 reys gecikib. İtkin qayçı hadisədən 1 gün sonra həmin mağazadan tapılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın Hokkaydo əyalətindəki "New Chitose" hava limanında mağazada qayçı itməsi hava yollarının hərəkətini iflic edib.
Hava limanı rəhbərliyindən əldə edilən məlumata görə, ötən şənbə günü işçilər minmə qapıları yaxınlığındakı mağazada 2 qayçının əskik olduğunu görüb təhlükəsizlik bölmələrinə məlumat veriblər. Səlahiyyətlilər 2 saat təhlükəsizlik yoxlamalarını dayandıraraq qayçı axtarmağa başlayıblar, lakin qayçı tapa bilməyəndə yüzlərlə sərnişini yenidən təhlükəsizlik yoxlamasından keçiriblər. Gecikmə səbəbindən hava limanında uzun sərnişin növbələri yaranarkən, 36 reysin ləğv edildiyi, 201 reysin gecikdiyi açıqlanıb. Qeyd olunub ki, qayçı ertəsi gün həmin mağazadan tapılıb.
Hadisədən sonra Yaponiya Nəqliyyat Nazirliyi hava limanı rəhbərliyinə tədbirləri artırmaq barədə xəbərdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB