Təhlükəli virus 570 nəfərin ölümünə səbəb oldu

Təhlükəli virus 570 nəfərin ölümünə səbəb oldu

Bu ilin əvvəlindən Konqo Demokratik Respublikasında (KDR) ən azı 570 nəfər "meymun çiçəyi" virusundan dünyasını dəyişib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Səhiyyə naziri Rocer Kamba açıqlamasında ölkədə "meymun çiçəyi" virusu epidemiyası ilə bağlı son məlumatları paylaşıb.

Kampa, bu ilin əvvəlindən bəri təsdiqlənmiş və ya şübhəli 16.700 "meymun çiçəyi" hadisəsinin aşkar edildiyini və onlardan 570-dən çoxunun öldüyünü bildirib. Epidemiyanın Afrikanın 17 ölkəsinə yayıldığını bildirən Kampa, başda 15 yaşdan kiçik uşaq olmaqla gənc əhalini təsir etdiyini ifadə edib. 2022-ci ilin dekabrında DRC-də ümummilli meymun çiçəyi epidemiyası elan edildi.

"Meymun çiçəyi" virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir. İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur. Xüsusi müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.

ÜST 2022-ci ildə irqçilik və ayrı-seçkiliklə bağlı narahatlıqlar səbəbindən "meymun çiçəyi" adını "mpox" olaraq dəyişdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə