İtaliyanın Palermo şəhəri yaxınlığında 56 metrlik yelkənli tur gəmisinin batması nəticəsində bir nəfər ölüb. “Britaniyalı Bill Qeyts” kimi tanınan məşhur iş adamı Mayk Linç də daxil olmaqla 6 nəfərin itkin düşdüyü bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyada son günlər ölkəyə təsir edən yağış və fırtınalı hava şəraitinin yerli vaxtla saat 05:00 radələrində Palermodan 20 kilometr şərqdə yerləşən Porticello sahillərində "Bayesian" adlı qayığın batmasına səbəb olduğu bildirilib. Qayıqda olan 15 nəfərin, o cümlədən 1 yaşlı körpənin xilas edildiyi bildirilib.
Axtarış-xilasetmə qrupları 1 nəfərin cansız cəsədini tapıb, 6 nəfərin isə itkin düşdüyü bildirilir. Qayığın 49 metr dərinliyə batdığı və itkin düşənlərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Xilasetmə işlərinə bir neçə helikopterin də dəstək verdiyi qeyd edilib. İngiltərə bayrağı altında üzən qayıqda olanların İngiltərə və ABŞ vətəndaşları olduğu öyrənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB