Bayden göz yaşları içində sağollaşdı - FOTO

Bayden göz yaşları içində sağollaşdı - FOTO

ABŞ prezidenti Co Bayden ABŞ-ın Çikaqo şəhərində keçirilən Demokratik Milli Konqresdə göz yaşları içində partiyası ilə vidalaşıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden ABŞ-ın Çikaqo şəhərində keçirilən Demokratik Milli Konqresdə partiyası ilə vida nitqində göz yaşlarını saxlaya bilməyib. O, qızı Eşli Baydeni uzun müddət qucaqlayıb.

Bir ay əvvəl səhhəti ilə bağlı narahatlıqlara görə partiya üzvlərinin təzyiqi ilə namizədliyini geri götürən Bayden çıxışında Donald Trampı günahlandırıb və Kamala Harrisə tam dəstək istəyib.

Zalda olan partiya üzvləri “Təşəkkür edirəm Joe” şüarları səsləndirərkən, Bayden deyib: “Amerika, səni sevirəm”.

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris və vitse-prezidentliyə namizəd Tim Valz da ayağa qalxaraq Baydeni kütlə ilə birlikdə “son vəzifələrini” yerinə yetirərək alqışlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə