İrandan ABŞ seçkilərinə müdaxilə iddialarına cavab

İrandan ABŞ seçkilərinə müdaxilə iddialarına cavab

İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyi Tehranın ABŞ seçkilərinə müdaxilə etməsi ilə bağlı dəfələrlə səsləndirilən iddialara reaksiya verib. Nümayəndəlik Vaşinqton administrasiyasından iddialarla bağlı sənədləri təqdim etməyi tələb edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinin məlumatına görə, məsələ ilə bağlı nümayəndəlikdən yazılı açıqlama verilib.

Bəyanatda deyilir: "Əvvəllər də qeyd etdiyimiz kimi, İranın ABŞ-dəki prezident seçkilərinə müdaxilə etmək niyyəti və fikri yoxdur. Əgər ABŞ hökuməti iddiasında haqlıdırsa, cavabımızı ala bilməsi üçün sənədlərini bizə təqdim etməlidir".

Sözügedən iddiaların “əsassız” olduğu qeyd edilib. Bu yaxınlarda ABŞ-də prezident seçkilərində Respublikaçı namizəd Donald Trampın komandası İranı onların kampaniyasına kiberhücum etməkdə ittiham edib. Bundan sonra da oxşar ittiham təkrarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə