İsrailli məhbusların ailələrindən ABŞ, Misir və Qətərə çağırış

İsrailli məhbusların ailələrindən ABŞ, Misir və Qətərə çağırış

Qəzza zolağındakı israilli məhbusların ailələri ABŞ, Misir və Qətəri Həmas ilə İsrail arasında əsir mübadiləsini asanlaşdırmaq üçün səylərini davam etdirməyə çağırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Walla News"un İsraildəki məlumatına görə, israilli məhbusların ailələri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Misir Kəşfiyyat İdarəsinin direktoru Abbas Kamil və Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Taniyə məktub göndəriblər.

Məktublarda ailələr vasitəçilərin müharibəni sona çatdırmaq üçün göstərdikləri səyləri və əsir qohumlarının geri qaytarılması üçün lazımi addımları dəstəklədiklərini vurğulayıblar.

Qəzza zolağında əsirlərin mübadiləsi və atəşkəsin əldə edilməsi məqsədilə İsrail və HƏMAS arasında avqustun 15-16-da Qətərin paytaxtı Dohada danışıqlar aparılıb. Tərəflərin atəşkəs danışıqlarını gələn həftə Misirin paytaxtı Qahirədə davam etdirəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə