Nikaraqua hökuməti avqustun 19-da 1500 QHT-nin bağlanmasına göstəriş verib. SİA rəsmi “La Gaceta” nəşrinə istinadla xəbər verir ki, kütləvi bağlanmaya səbəb QHT-lərin maliyyə hesabatını təqdim etməməsidir. Bəzi QHT-lər maliyyə hesabatını sonuncu dəfə 35 il əvvəl təqdim edib. Onların əmlakı dövlət nəfinə müsadirə olunacaq.
Fəaliyyətinə xitam verilən təşkilatların əksəriyyəti dini yönümlüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB