ABŞ-ın vitse-prezidenti Kamala Harrisin seçki qərargahı televiziya və onlayn reklam üçün 370 milyon dollar ayırıb. Associated Press-in Harris-Walz kampaniyasının daxili məktubuna istinadən verdiyi məlumata görə, bu xərclər ABŞ-da Əmək Gününün qeyd olunacağı sentyabrın 2-dən seçkilər gününə qədər olan dövr üçün nəzərdə tutulub. Və bu vəsaitlər kampaniyanın yeddi əyalətdə reklam üçün xərclədiyi 150 milyon dolların üstünə gəlir.
370 milyon dollardan 170 milyon dollarını televiziya reklamlarına xərcləməyi planlaşdırır. Qalan 200 milyon dollar isə YouTube, Hulu, Spotify, Paramount+, Pandora və Roku daxil olmaqla rəqəmsal platformalarda reklamlara yönəldiləcək. Qərargah reklamı böyük idman tədbirlərinin yayımı, populyar teleşoular və premyeralar zamanı yerləşdirməklə onun effektivliyini artırmaq niyyətindədir. Bundan əlavə, daxili məktuba əsasən, reklamlar Donald Trampa şübhə ilə yanaşan seçiciləri öz tərəfinə çəkməyə çalışmaq üçün Respublikaçı tərəfdarlar arasında məşhur kanal olan Fox News-da yerləşdiriləcək.
Bu arada, AdImpact analitik şirkətinin məlumatına görə, Donald Trampın kampaniyası yalnız iki ştatda - Pensilvaniya və Corciyada reklam alıb və onu həm də Əmək Günündən sonra yerləşdirməyə başlayacaq.
AYSEL
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB