İraqın Terrorla Mübarizə Xidmətinin ölkə daxilində bir çox İŞİD sığınacaqlarını məhv etdiyi açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkə mətbuatında yer alan məlumata görə, İraq təhlükəsizlik qüvvələri Diyalə və Səlahəddin əyalətləri ilə Tərmiyə bölgəsində həyata keçirdikləri əməliyyatlarda İŞİD-ə aid çoxlu sığınacaqları məhv edib.
7 iyun 2014-cü ildə İraqa hücum edən və qısa müddət ərzində ölkə ərazisinin təxminən 45 faizini ələ keçirməyi bacaran İŞİD 2017-ci ilin noyabrında məğlub olub. Lakin o vaxtdan bəri terror təşkilatının qalan üzvləri İraq və Suriyada mövcudluqlarını davam etdirərək, zaman-zaman terror aktları törədirlər. İraq təhlükəsizlik qüvvələri vaxtaşırı İŞİD və onun fərari ünsürlərinə qarşı əməliyyatlar həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB