Almaniya aviaşirkəti Yaxın Şərqə uçuşların ləğvi müddətini uzadıb
Almaniyanın "Lufthansa" aviaşirkətinin Yaxın Şərqdəki gərginliyə görə Əmman, Beyrut, Ərbil, Tehran və Təl-Əvivə uçuşların təxirə salınmasının müddətini uzatdığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada, Əmman, Beyrut, Ərbil, Tehran və Təl-Əvivə bütün uçuşların avqustun 26-na qədər dayandırıldığı və ləğvlərdən təsirlənən sərnişinlərə pulsuz rezervasiya dəyişdirmə və ya ləğvetmə variantının təklif edildiyi bildirilib.
"Lufthansa" daha əvvəl Yaxın Şərqdəki hadisələrlə əlaqədar apardığı təhlükəsizlik təhlili çərçivəsində Əmman, Beyrut, Ərbil, Tehran və Təl-Əvivə bütün uçuşları avqustun 21-dək ləğv etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB