Qəzzada ölənlərin sayı 40 min 139-a yüksəlib

Qəzzada ölənlərin sayı 40 min 139-a yüksəlib

İsrailin 7 oktyabrdan bəri intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında həyatını itirən mülki vətəndaşların sayı 40 min 139-a yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail oktyabrın 7-dən Qəzza zolağında mülki insanları hədəfə alır. Mülki yaşayış məntəqələri, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla, bölgənin bütün nöqtələrini bombalayan İsrail ordusu Qəzza zolağının dağıdılması zamanı soyqırım fəaliyyətlərindən geri çəkilmir.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda 3 hücumda 40 mülki vətəndaşın həyatını itirdiyi, 134 mülki vətəndaşın isə yaralandığı bildirilib.

Bölgədə 318 gündür davam edən hücumların balansının da yer aldığı açıqlamada can itkisinin 40 min 139-a, yaralı sayının isə 92 min 743-ə yüksəldiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə