İsrail ordusu Livanın cənubundakı Hula qəsəbəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Hadisə nəticəsində 2 nəfər həlak olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Livana hücumlarını davam etdirir.
Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Hula qəsəbəsinə səhər saatlarında hücum təşkil etdiyi qeyd edilib. Nazirlikdən verilən açıqlamada İsrailin hücumu nəticəsində 2 nəfərin öldüyü bildirilib.
İsrail həmçinin Livanın sərhəd bölgəsində yerləşən Ayta əş-Şaab qəsəbəsini artilleriya atəşi ilə hədəfə alıb, Tire bölgəsindəki kəndləri və sahilləri atəşə tutub. İsrail qüvvələri səhər saatlarında Livanla sərhəd xəttində "Mavi xətt" adlanan Nakura, Cebel Lebune və Cebel Alem qəsəbələrinə bitişik meşəlik ərazilərə ağır pulemyotlardan atəş açıb. Ötən gecədən etibarən İsrail ordusuna məxsus kəşfiyyat təyyarələri, PUA və pilotsuz təyyarələr də Litani çayına qədər qərb və mərkəzi hissələrdəki kəndlər üzərində uçuşlarını intensivləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB