Varşavadan Polşanın Larnaka şəhərinə uçan 225 sərnişini olan "Wizzair" təyyarəsi pilotun huşunu itirməsi nəticəsində Varşava Şopen hava limanına məcburi eniş edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 225 sərnişini olan "Wizzair" təyyarəsinin pilotu huşunu itirdikdən sonra digər pilot vəziyyəti dərhal qülləyə çatdırıb və təyyarənin təcili olaraq Varşavaya qaytarılması qərara alınıb.
Yerli vaxtla saat 07:00 radələrində Varşava Şopen Hava Limanına rahat eniş edən sərnişin təyyarəsinin huşunu itirən pilotu təcili tibbi yardım işçiləri tərəfindən xəstəxanaya aparılıb.
Larnakaya başqa təyyarə ilə göndəriləcək sərnişinlərin gözləməsi davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB