Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağında yanacaq problemi səbəbi ilə humanitar yardım fəaliyyətlərinin minimum səviyyədə həyata keçirildiyini və fəaliyyətlərinin dayandırılması riski ilə üzləşdiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən qurumun verdiyi açıqlamada bildirilib: “Təcili yardım, təcili tibbi yardım klinikaları və yardım xidmətlərini idarə etmək üçün lazım olan ciddi yanacaq çatışmazlığı səbəbindən Fələstin Qızıl Ayparasının xidmətləri Qəzzada və Qəzzanın şimalında dayandırılma riski altındadır. Qızıl Aypara qrupları artıq yanacaq çatışmazlığı yaşayır və hazırda Qəzzada və Qəzzanın şimalında fəaliyyət göstərən səkkiz təcili yardım maşınından yalnız ikisi minimum tutumla işləyir. Hər ikisi bu gün tamamilə dayanma riski altındadır. Bu vəziyyət komandaların xidmət göstərmək qabiliyyətinə ciddi şəkildə mane olur və bu əyalətlərdə sağlamlıq böhranını daha da pisləşdirir".
Fələstin Qızıl Ayparası Birləşmiş Millətlər Təşkilatının Fələstin üzrə Agentliyi ilə birlikdə Qəzza zolağında ən fəal təşkilatlardan biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB