İtaliyanın Siciliya adasında içərisində 22 turistin olduğu Britaniya bayraqlı yelkənli qayıq batıb. Təbii fəlakətdə 7 nəfərin itkin düşdüyü öyrənilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yelkənli qayığın batması nəticəsində 2-si Britaniya-Fransa, 1-i İrlandiya, 1-i Yeni Zelandiya, 1-i Şri-Lanka və 17-si Böyük Britaniya vətəndaşı olmaqla, 7 nəfərin itkin düşdüyü bildirilib.
İtaliya Sağlamlıq Təhlükəsizliyi tərəfindən verilən açıqlamada, qasırğa və dalğalı dənizin vurduğu bölgədə İngiltərə bayrağı daşıyan 50 metrlik yelkənli qayığın gün çıxanda batdığı, biri uşaq olmaqla 15 nəfərin xilas edildiyi bildirilib. İtaliya yanğınsöndürmə idarəsinin dalğıcları sahildən yarım mil aralıda, təxminən 50 metr dərinlikdə yerləşən gəminin ətrafında axtarışlarını davam etdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB