Türkiyənin bir çox bölgəsində meşə yanğınları ilə mübarizə davam edir. Böyük ölçüdə nəzarət altına alınan yanğınlarda soyutma işləri davam edir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manisada 6 gündür davam edən yanğın şəhəri külə çevirib. Gördes rayonunda başlayan yanğın nəzarətə götürülüb.
Uşakın Eşmə rayonunda baş verən meşə yanğını qorxulu olub. Günlərlə davam edən işlərdən sonra alov nəzarət altına alınıb. Daha bir yanğın Aydında olub. Alov böyük ölçüdə nəzarət altına alınıb. İzmir Menderesdə baş verən yanğın qismən nəzarətə götürülüb.
Muğlanın Ula və Yatağan rayonları da alovlara təslim olub. Bölgədəki yanğınlar qismən nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB