İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir jurnalist həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail qırğınlarını davam etdirir.
Yerli mətbuatın məlumatına görə, İsrail ordusu dünən Xan Yunisin şimal-qərbində yerləşən Hamad şəhərində növbətçi bir qrup jurnalisti hədəf alıb. Sözügedən hücumdan sonra fələstinli jurnalist İbrahim Muharibdən xəbər olmayıb. İtkin düşən Muharibin cansız cəsədi Hamad şəhəri yaxınlığında tapılıb.
Dünən İsrail ordusunun Hamadda vəzifə yerinə yetirən bir qrup jurnalistə atəş açması nəticəsində fələstinli jurnalist Selma əl-Kaddumi də yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB