"Qəzzada atəşkəs hələ də mümkündür" - Bayden

"Qəzzada atəşkəs hələ də mümkündür" - Bayden

ABŞ prezidenti Co Bayden İsrailin hücumlarını davam etdirdiyi Qəzzada atəşkəsin hələ də mümkün olduğunu deyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden dövlət katibi Antoni Blinkenin Qəzzada atəşkəs prosesi ilə bağlı vəziyyəti müzakirə etmək üçün İsrailə getməsindən sonra mətbuata açıqlama verib.

Qəzzadakı vəziyyətlə bağlı danışıqların davam etdiyini bildirən Bayden bildirib: "Biz təslim deyilik. Qəzzada atəşkəs hələ də mümkündür. İsrail və HƏMAS arasında Qəzza zolağında əsirlərin dəyişdirilməsi və atəşkəsin əldə edilməsi məqsədilə avqustun 15-16-da Qətərin paytaxtı Dohada danışıqlar aparılıb. Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns, Misir Kəşfiyyat İdarəsinin direktoru Abbas Kamil və İsrail Xarici Kəşfiyyat Xidmətinin Mossad direktoru David Barneanın rəhbərlik etdiyi nümayəndə heyətləri Dohada keçirilən danışıqlarda iştirak ediblər. Tərəflərin atəşkəs danışıqlarını gələn həftə Misirin paytaxtı Qahirədə davam etdirəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə