Kolumbiya hökuməti İsrailin Qəzzaya hücumlarını əsas gətirərək, bu ölkəyə kömür ixracını dayandırmağa dair rəsmi qərar verdiyini bəyan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro X sosial media platformasında İsrailə kömür ixracını rəsmən qadağan edən fərmanı paylaşıb.
İsrailin Qəzzaya hücumlarına reaksiya verən Petro bildirib: "Fələstinli uşaqları öldürmək üçün Kolumbiya kömüründən bomba hazırlayırlar".
İsrailə kömür ixracını qadağan edən fərmanın prezident Petro, xarici işlər naziri Luis Gilberto Murillo və Maliyyə, Mədən və Ticarət nazirlərinin imzalarının olduğu görülüb. Fərmanın rəsmi qəzetdə dərcindən beş gün sonra qüvvəyə minəcəyi paylaşılıb.
Prezident Petro iyunun 8-də X sosial media hesabından verdiyi açıqlamada deyib: "Biz soyqırım dayandırılana qədər İsrailə kömür ixracını dayandıracağıq". Kolumbiya mayın 3-də Qəzzada Fələstin xalqına qarşı hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri rəsmən kəsdiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB