Türkiyə Səhiyyə Nazirliyi meymunçiçəyinə yoluxma hallarının olmadığını açıqlayıb
Türkiyədə hələ ki, meymunçiçəyinin yeni ştamına yoluxma halı qeydə alınmayıb. SİA xəbər verir ki, bunu “Habertürk” telekanalına açıqlamasında ölkənin səhiyyə naziri Kemal Memişoğlu deyib.
“Hazırda vətəndaşlarımızın təşviş üçün heç bir əsası yoxdur. Müvafiq hazırlıq işlərini və planlaşdırma işlərini görmüşük. Türkiyədə hələ ki meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb”, - nazir vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB