Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində terrorçuların hədəflərinə növbəti zərbələr endirib. Bu barədə SİA Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir.
Nazirliyin məlumatına əsasən, qadağan olunmuş PKK təşkilatının 9 yaraqlısı zərərsizləşdirilib.
Türkiyə Müdafiə Nazirliyindən daha əvvəl bildirilib ki, bu il yanvarın 1-dən avqustun 15-dək Türkiyə ordusu bölgədə ümumilikdə 1725 terrorçunu zərərsizləşdirib. Onlardan 845-i İraqın şimalında, 880-ni isə Suriyanın şimal bölgəsində məhv edilib.
Daha əvvəl Türkiyə Daxili İşlər Nazirliyi PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 222 nəfərin saxlanıldığını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB