Dünən gecə saatlarında Türkiyənin İzmir şəhərinin Yamanlar Qaratəpə ərasində meşə sahəsində başlayan yanğın şiddətlənib. SİA xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.
Qeyd olunub ki, əsən güclü külək səbəbilə alovlar ərazidəki yaşayış evlərinə çatıb.
16 ev yanıb, 87 ev boşaldılıb 44 məntəqədə təxliyə aparılıb.
Məlumata görə, yanğının söndürülməsi məqsədilə əraziyə 5 təyyarə, 15 helikopter, 46 su çiləyən maşın və əlavə canlı qüvvə cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB