Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev deyib ki, Qərb ölkələri Rusiyanı Baltik dənizinə çıxışdan məhrum etmək və onu NATO-nun “daxili dənizinə” çevirmək istəyir. Onun sözlərinə görə, bu məqsədlər üçün alyansın yeni üzvləri olan İsveç və Finlandiyadan istifadə olunur.
O, əmindir ki, Qərb Rusiyanı, o cümlədən Qara dənizdə “buxovlamaq strategiyasını həyata keçirir”. O, bunun üçün hansı addımların atıldığını açıqlamayıb. “Birləşmiş Ştatlar və müttəfiqləri Dünya Okeanında təsirlərini artırmaq üçün digər beynəlxalq müqavilələrə məhəl qoymurlar və ya onlara yenidən baxmağa çalışırlar”, - deyə Patruşev müsahibəsində bildirib.
Bu həftə məlum olub ki, Almaniya Baş Prokurorluğu “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin partladılması işi ilə bağlı ilk həbs qərarı verib. Almanlar Ukrayna vətəndaşı və dalğıc təlimatçısı Vladimir Juravlevi təxribatda iştirakda şübhəli bilirlər. KİV-in məlumatına görə, o, Baltik dənizinin dibində partlayıcı maddələr yerləşdirmək üçün istifadə edilən Andromeda gəmisinin göyərtəsində olub.
AYSEL
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB