Tramp qalib gələcəyi təqdirdə Çinlə...

Tramp qalib gələcəyi təqdirdə Çinlə...

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yenidən seçiləcəyi təqdirdə Çinlə əla münasibətlərə malik olacağına inanır. Bunun üçün o, Pekinin hörmətini qazanacağına ümid edir. Onun fikrincə, Çin hakimiyyəti nə onun demokrat rəqibi Kamala Harrisə, nə də prezident Co Baydenə hörmət etmir.

“Düşünürəm ki, bizim Çinlə əla münasibətlərimiz olacaq. Amma onlar da dürüst olmalıdırlar. Çin illərdir bizim ölkədən istifadə edir, digər dövlətlər kimi”, - Tramp Bedminsterdə mətbuat konfransında bildirib. Siyasətçi Pekinlə münasibətləri yaxşılaşdırmaq üçün konkret hansı addımlar atacağını dəqiqləşdirməyib.

Donald Tramp iddia edir ki, Baydenin rəhbərliyi altında hazırkı administrasiyanın siyasəti ucbatından ABŞ Rusiya və Çindən hörmətini itirib. O, həmçinin hesab edir ki, Çinin nüvə potensialı tezliklə Amerikanın nüvə potensialını “yaxalaya” və “insanların düşündüyündən də tez” onu ötüb keçə bilər. Onun fikrincə, xanım Harrisin Çin sədri Si Cinpinlə münasibətlər qurmaq üçün lazımi bacarıqları yoxdur.

AYSEL

Bütün xəbərlər Facebook səhifəmizdə