Perulu banda lideri ABŞ-də saxlanılıb

Perulu banda lideri ABŞ-də saxlanılıb

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Perunun "Los Killers" dəstəsinin lideri Canfranko Torres-Navarronun Nyu Yorkda saxlanıldığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən qurumdan verilən açıqlamada Peruda törədilən 23 cinayətdə şübhəli şəxs qismində axtarışda olan Torres-Navarronun Nyu-Yorkun Endikott şəhərində ələ keçirildiyi bildirilib.

May ayının ortalarında Texas-Meksika sərhədindən ölkəyə qeyri-qanuni daxil olduğu qeyd edilən 38 yaşlı Torres-Navarronun Buffalo Təcridxanasında saxlanıldığı bildirilib. ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinin regional səlahiyyətlilərindən biri olan Tomas Brofi, Torres-Navarronun cəmiyyətin təhlükəsizliyi üçün "əhəmiyyətli təhlükə" yaratdığını ifadə edərək bildirib: "Biz Nyu Yorkun vətəndaşı olmayan insanları üçün oranın təhlükəsiz bir yer olmasına icazə verməyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə