Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna ordusunun avqustun 6-da sərhədi keçərək Rusiyanın Kursk vilayətinə hücuma keçməsindən sonra Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinin Sudja (Suca) qəsəbəsini nəzarətə götürdüyünü bəyan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski açıqlamasında deyib: “Biz yeni irəliləyiş əldə etdik. Baş Qərargah rəisi Surski Sudja (Suca) şəhərinin rus qoşunlarından ələ keçirildiyini bildirdi. Hazırda orada Ukrayna hərbi komandanlığı yaradılır. Daha bir neçə yaşayış məntəqəsi alındı. Onların sayı artıq 80-ni ötüb".
Ukrayna Silahlı Qüvvələri avqustun 7-də Rusiyanın Kursk vilayətinə hücum edib. Əvvəlcə 300 hərbçi ilə həyata keçirildiyi deyilən hücum daha sonra min nəfər əlavə olunub. Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşüb və son hadisələri müzakirə edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın sərhədyanı hücumlarını “terror aktı” kimi qiymətləndirib və cavab veriləcəyini bildirib. Ukrayna prezidenti Zelenski avqustun 13-də verdiyi bəyanatda Ukrayna qüvvələrinin Kursk bölgəsində irəliləyişini davam etdirdiyini və 74 yaşayış məntəqəsinə nəzarətin ələ keçirildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB