Tailandda parlamentdə keçirilən səsvermədə keçmiş baş nazir Taksin Şinavatranın qızı 37 yaşlı Paetongtarn Şinavatra ölkənin 31-ci baş naziri seçilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Bangkok Post” qəzetinin məlumatına görə, parlamentdə Pheu Thai Partiyası və onun koalisiya tərəfdaşları tərəfindən baş nazir postuna namizədliyi irəli sürülmüş Paetongtarn Şinavatra üçün səsvermə keçirilib.
Səsvermədə Paetongtarnın lehinə 319, əleyhinə 145 səs verilib, 27 deputat isə bitərəf qalıb. Parlamentdə səsvermə nəticəsində 37 yaşlı Paetongtarn ölkənin 31-ci baş naziri seçilib. Paetongtarn ölkənin ən gənc baş naziri seçilərkən, o, Şinavatra ailəsindən bu vəzifəni tutan üçüncü şəxs oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB