Daha bir təyyarə qəzaya uğradı! - Sağ qalan olmayıb

Daha bir təyyarə qəzaya uğradı! - Sağ qalan olmayıb

Cənubi Amerika ölkəsi Braziliyanın qərbində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya mətbuatında yer alan məlumata görə, Mato Qrosso əyalətinin Apiakas şəhərinin çöl ərazisində qəzaya uğrayan kiçik təyyarədə sağ qalan olmayıb.

Braziliya rəsmiləri tərəfindən verilən açıqlamada təyyarənin qəzaya uğradıqdan sonra alovlandığı və göyərtəsində olan 5 nəfərin öldüyü bildirilib.

Açıqlamada meyitlərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün Məhkəmə Tibb Mərkəzinə aparıldığı, qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib. Braziliyada sonuncu insident avqustun 9-da, sərnişin təyyarəsinin San-Paulonun şimalında yerləşən Vinhedo şəhərində yaşayış məntəqəsinə çırpılması nəticəsində 57 sərnişin və 4 ekipaj üzvünün həlak olması ilə baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə