Braziliyada təyyarə qəzasında 5 nəfər ölüb

Braziliyanın mərkəzi Mato Qrosso ştatında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində tanınmış iş adamı Arni Spirinq də daxil olmaqla 5 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə yerli G1 portalı məlumat yayıb.

İki mühərrikli “King Air” təyyarəsi Apiakas bələdiyyəsinin ərazisində qəzaya uğrayıb. Qəza zamanı 70 yaşlı Spirinq, onun iki nəvəsi, iş adamının həmkarı və pilot ölüb.

Məlumata görə, təyyarə havada partlayıb, daha sonra fermanın yaxınlığında yerə çırpılıb.

Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə