İsrail atəşkəs danışıqları üçün Dohaya nümayəndə heyəti göndərib

İsrail atəşkəs danışıqları üçün Dohaya nümayəndə heyəti göndərib

İsrailin baş naziri Benyamin Netanyahu İsrail nümayəndə heyətinin atəşkəs danışıqlarını müzakirə etmək üçün bu gün Qətərin paytaxtı Dohaya getməsinə icazə verdiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ, Misir və Qətər birgə bəyanat yayaraq, İsrail və HƏMAS-ı atəşkəs və girovların azad edilməsi razılaşması üçün danışıqlara yenidən başlamağa çağırıb və İsrail avqustun 15-də Doha və ya Qahirədə keçirilməsi planlaşdırılan danışıqlarda müzakirələr aparacağını bəyan edib.

Dünən İsrail Baş Nazirlik Ofisindən verilən açıqlamada deyilib: “Baş nazir Benyamin Netanyahu İsrail nümayəndə heyətinin sabah Dohaya getməsini və onun danışıqlar aparmaq səlahiyyətini təsdiqləyib”.

Bütün xəbərlər Facebook səhifəmizdə