Afrikadan dünyaya yayılan "meymun çiçəyi" virusu narahatlıq doğurur. Simptomları suçiçəyi xəstəliyinə bənzəyən xəstəlik üçün Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyət elan edib. Keçən il 75 ölkədə 16 mindən çox "meymun çiçəyi" hadisəsi aşkar edilsə də, virus heyvanlardan da ötürülür. SİA xarici KİV-ə istinadən xəbər verir ki, digər tərəfdən, dərc edilən son məlumatlara görə, yanvar-8 avqust tarixləri arasında Afrikanın 13 ölkəsində 2 min 822 nəfər virusa yoluxub, 14 min 719 şübhəli hadisə qeydə alınıb. Virusdan 517 nəfər ölüb, onlardan 511-i Konqo Demokratik Respublikasındadır. Türkiyədə hələ ki, heç bir hadisə aşkar edilməsə də, mütəxəssislər şəxsi ehtiyat tədbirlərinə çağırıblar.
"Meymun çiçəyi" virusu üz-üzə, uzun müddətli yaxın təmasda yoluxsa da, yoluxmuş heyvanların da xəstəliyi ötürmə riski var. Virusla əlaqəli simptomlar 21 gün ərzində yüksək hərarət, baş, bel və əzələ ağrısı kimi əlamətlərlə özünü göstərir. 2022-ci ildə "meymun çiçəyi" epidemiyası ilk dəfə Birləşmiş Krallıqda Nigeriya ilə səyahət əlaqələri olan bir şəxsdə aşkar edilmişdir. 2023-cü ilin avqust ayında Türkiyədə təsdiqlənmiş yoluxmaların sayı 11 olaraq açıqlanıb, Ümumdünya Səhiyyə Təşkilatı isə indiyədək 75 ölkədə 16 mindən çox "meymun çiçəyi" hadisəsi olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB