Nigerdə 15 nəfər həyatını itirdi

Nigerdə 15 nəfər həyatını itirdi

Nigerin qərbində törədilən terror aktı nəticəsində 15 dinc sakin həyatını itirib. SİA xarixi mətbuata istinadən xəbər verir ki, hücumlar Tillaberi bölgəsində baş verib. Ordudan verilən açıqlamada, avqustun 12-də Tillaberi bölgəsinin Mehana bölgəsində naməlum silahlı şəxslərin mülki şəxslərə hücum etdiyi açıqlanıb. Açıqlamada hücumda 14 mülki vətəndaşın həyatını itirdiyi bildirilib. Ertəsi gün eyni bölgədə baş verən başqa hücumda 1 nəfərin öldüyü qeyd edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə