“Kurskda yaxşı irəliləyişə nail olmuşuq” - Zelenski

“Kurskda yaxşı irəliləyişə nail olmuşuq” - Zelenski

Biz bu gün Kursk vilayətində yaxşı irəliləyişə nail olduq. Öz strateji məqsədimizə doğru irəliləyirik”. SİA xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraicətində bildirib.

O qeyd edib ki, hökumət nümayəndələri ilə Kursk vilayətində Ukrayna hərbçilərinə dəstək məsələlərinə dair görüş keçirib.

“Ukraynanın qaydalara uyğun döyüşməsi vacibdir və bu ərazidə mövcud olan humanitar ehtiyaclar təmin edilməlidir”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə