Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Türkmənistan Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri Rəşid Meredov ilə görüşüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin X sosial media hesabında edilən paylaşımda “Nazirimiz Hakan Fidan Ankarada Türkmənistan Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri Rəşid Meredovla görüşüb” fikirləri yer alıb.
Diplomatik mənbələr onu da bildiriblər ki, Fidan və Meredov Türkiyə ilə Türkmənistan arasında imzalanacaq yeni müqavilələrlə iqtisadiyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Türkmənistanla 5 milyard dollarlıq ticarət həcmi hədəfinin olduğunu bildirən mənbələr, bu hədəfin necə artırılacağı ilə bağlı fikir mübadiləsi aparıldığını vurğulayıb. Nəqliyyatın asanlaşdırılması üçün atılacaq addımlar müzakirə edilərkən, Türkmənistan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqli üzrə əməkdaşlıq imkanları qiymətləndirilib. Mənbələr görüşdə Qəzzadakı son vəziyyət və Ukraynadakı hadisələrin də müzakirə edildiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB