Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Belqorod vilayətində mülki əhalinin müdafiəsi üçün fövqəladə vəziyyət elan edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 6-da Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə daxil olduqdan sonra sərhəd bölgələrində şiddətli toqquşmalar gedir.
Ukraynanın hücumlarına görə Rusiyanın sərhəd bölgəsi Belqorodda fövqəladə vəziyyət elan edilib. Belqorod qubernatoru Vyaçeslav Qladkov Ukraynanın Ukraynanın hər gün həyata keçirdiyi hücumlarda evlərin dağıldığını, dinc əhalinin həyatını itirdiyini və yaralandığını bildirib. Qladkov bildirib ki, onlar hökumət komissiyasından mülki əhalinin müdafiəsi üçün elan edilmiş fövqəladə vəziyyətin "federal" səviyyəyə qaldırılmasını xahiş ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB