Rusiya Almaniya şirkətinin aktivlərini dondurdu

Rusiya Almaniya şirkətinin aktivlərini dondurdu

Rusiyada Almaniyada yerləşən "Linde" şirkətinə məxsus təxminən 1,2 milyard dollar dəyərində aktivləri dondurulub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “RusHimAlyans” şirkətinin "Linde"yə qarşı qaldırdığı iddiaya Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsində baxılıb.

Məhkəmə "Linde"nin təxminən 1,2 milyard dollarlıq aktivlərinin dondurulmasına qərar verib. "Linde", Rusiyada qurulacaq təbii qaz emalı obyektinin tikintisi ilə bağlı sanksiyalara görə ləğv edilən "Commerzbank" ilə müqavilənin təminatçıları arasında idi. Layihədə iştirak edən "RusHimAlyans" sanksiyaları əsas gətirərək öhdəliklərini yerinə yetirməyən şirkətləri məhkəməyə verib. Rusiyada daha əvvəl “Commerzbank”ın 94,9 milyon avro dəyərində aktivlərinin “Qazprom”un törəmə şirkəti “RusHimAlyans”a kompensasiya kimi verilməsinə qərar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə