Rusiya benzin ixracına məhdudiyyətləri uzadıb

Rusiya benzin ixracına məhdudiyyətləri uzadıb

Rusiya benzin ixracına qoyulan məhdudiyyətləri ilin sonuna qədər uzadıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya hökumətindən verilən açıqlamada daxili bazarda benzin tələbatında mövsümi artım olduğu bildirilib.

Açıqlamada bəzi neft emalı zavodlarında planlı təmir işlərinin aparıldığı və buna görə də daxili bazarda tarazlığın qorunması məqsədilə benzinin ixracına qoyulan məhdudiyyətlərin dekabrın 31-dək uzadıldığı bildirilib. Açıqlamada, xarici hökumətlərlə edilən razılaşmalar çərçivəsində edilən benzin ixracının məhdudiyyətlərdən azad olduğu vurğulanıb. Rusiyada neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumuna məruz qalması və xüsusilə kənd təsərrüfatı sektorunda tələbatın artması səbəbindən benzinin qiymətində artım olub. Qiymət artımı ilə əlaqədar hökumət vaxtaşırı ixrac məhdudiyyətləri qoyur.

Bütün xəbərlər Facebook səhifəmizdə