Ukrayna prezidenti Vladimir Zelenski günün əvvəlindən Rusiyanın Kursk vilayətində müxtəlif yerlərdə 1-2 kilometr irəliləyiş əldə etdiklərini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski sosial media hesabındakı paylaşımında Baş Qərargah rəisi Oleksandr Sırskidən videokonfrans vasitəsilə cəbhə xəttinin mühüm bölgələrində, xüsusilə Toretsk və Pokrovskdakı vəziyyət və Rusiyanın Kursk bölgəsindəki əməliyyatla bağlı hesabat aldığını bildirib.
Kursk bölgəsində irəliləməyə davam etdiklərini bildirən Zelenski deyib: "Günün başından bu yana müxtəlif yerlərdə 1-2 kilometr irəlilədik. Eyni müddətdə 100-dən çox rus əsgəri əsir götürüldü".
Ukraynanın şərqindəki vəziyyəti bir an belə unutmadıqlarını qeyd edən Zelenski, bölgənin tərəfdaşlarının təqdim etdiyi yardım paketləri ilə gücləndirilməsi göstərişi verdiyini qeyd edib.
Ukrayna Baş Qərargahının yaydığı bəyanatda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus zenit-raket qüvvələrinin bu gecə döyüş tapşırığı yerinə yetirərkən Rusiyanın Kursk vilayətində Rusiyaya məxsus Su-34 bombardmançı təyyarəsini məhv etdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB