Nigeriyada zəncirvari yol qəzası olub - 16 nəfər ölüb, 17 nəfər yaralanıb

Nigeriyada zəncirvari yol qəzası olub - 16 nəfər ölüb, 17 nəfər yaralanıb

Nigeriyanın Oyo əyalətində yük maşını, sərnişin avtobusu və 2 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzasında 16 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisəyə səbəb yük maşınının sürücüsünün sükana nəzarəti itirməsi olub.

Nigeriya Milli Yol Təhlükəsizliyi Oyo Dövlət İdarəsindən verilən açıqlamada 16 nəfərin öldüyü, 17 nəfərin isə ağır yaralandığı bildirilib. Açıqlamada yaralıların ətraf xəstəxanalara aparıldığı və ölənlərin sayının artacağı ilə bağlı narahatlıqların olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə