"İtirməyə vaxt yoxdur, atəşkəs başlamalıdır" - ABŞ-dən Qəzza ilə bağlı AÇIQLAMA

"İtirməyə vaxt yoxdur, atəşkəs başlamalıdır" - ABŞ-dən Qəzza ilə bağlı AÇIQLAMA

ABŞ-ın BMT-dəki (BMT) daimi nümayəndəsi Linda Tomas Greenfield Yaxın Şərqdə gərginliyi azaltmağı hədəflədiklərini söyləyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyindən verilən açıqlamaya görə, Greenfield Nyu Yorkda BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdəki hadisələrlə bağlı açıqlama verib.

Yaxın Şərqdə daha genişmiqyaslı regional münaqişə qaçılmaz deyil. Greenfield bildirib ki, ABŞ-ın ümumi məqsədi bölgədəki gərginliyi azaltmaq, gələcək hücumlardan çəkindirmək, müdafiə etmək və regional münaqişənin qarşısını almaqdır.

Greenfield İsrail ordusunun avqustun 10-da Qəzzada qadın və uşaqların da olduğu ümidsiz və köçkün insanların sığındığı və çoxlu mülki vətəndaşın öldüyü məktəb və məscid də daxil olmaqla, şəhərciyə hücumundan dərin narahat olduğunu bildirib.

İsrailin mülki insanları qorumaq üçün beynəlxalq humanitar hüquq çərçivəsində mümkün olan hər şeyi etməyə borclu olduğunu xatırladan Greenfield deyib: "Bu dəhşətli hadisə və bu hücumda həyatını itirən hər bir mülki şəxs üçün yas tuturuq. Hər hansı bir tərəfin daha çox vaxt itirməsi və ya daha da gecikməsi üçün heç bir bəhanə yoxdur. Girovları azad etmək, atəşkəsə başlamaq və bu razılaşmanı həyata keçirmək vaxtıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə