ABŞ-dən yeni atəşkəs təklifi iddiası

ABŞ-dən yeni atəşkəs təklifi iddiası

ABŞ administrasiyası İsraillə HƏMAS arasında əsir mübadiləsi və Qəzza zolağında atəşkəs üçün yeni təklif təqdim edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin "Yediot Ahronot" qəzeti əsir mübadiləsi və atəşkəs danışıqları çərçivəsində Qətərin paytaxtı Dohada sabah keçirilməsi planlaşdırılan görüşlə bağlı məlumat yayıb.

Xəbərdə Dohada keçiriləcək danışıqların İsrail və HƏMAS arasında əsir mübadiləsi və Qəzzada atəşkəs üçün "son şans" olduğu vurğulanıb. Həmçinin qeyd olunub ki, ABŞ administrasiyası sabahkı görüşdə əsir mübadiləsi və atəşkəslə bağlı yeni təklif təqdim edəcək. Xəbərdə ABŞ administrasiyasının təqdim edəcəyi yeni təklifin təfərrüatlarının hələ məlum olmadığı, lakin onun may ayında təqdim edilən layihəyə böyük ölçüdə bənzəyəcəyi ifadə edilib. Bildirilib ki, Vaşinqtonun yeni təklifin çərçivəsini qəbul etmək üçün tərəflərə təzyiq göstərməsi gözlənilir.

Avqustun 8-də dərc edilən birgə bəyanatda ABŞ, Misir və Qətər İsrail və HƏMAS-ı Qəzzada atəşkəs yaratmağa və əsirlərin mübadiləsi üçün avqustun 15-də danışıqlara yenidən başlamağa çağırıb. İsrail administrasiyası sabah danışıqlara nümayəndə heyəti göndərəcəyini açıqlasa da, HƏMAS vasitəçilərdən ABŞ prezidenti Co Baydenin atəşkəs üçün təqdim etdiyi və hərəkatın yeni raunduna girmək əvəzinə hərəkatın qəbul etdiyi atəşkəs təklifinin həyata keçirilməsi planını təqdim etmələrini istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə