İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 36 nəfər artaraq 39 min 965-ə çatıb. SİA xarici KİV-ə istinadən verdiyi məlumata görə, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 313 gündür hücumlar təşkil etdiyi bildirilib.
Açıqlamada İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 2 qırğın törətdiyi, bu hücumlarda daha 36 fələstinlinin həyatını itirdiyi, 54 fələstinlinin isə yaralandığı bildirilib. İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 39 min 965-ə, yaralıların sayı isə 92 min 294-ə yüksəlib. Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB