ABŞ-də 2024-cü ilin əvvəlindən 5-9 yaşlı uşaqlarda aşkar edilən “parvovirus”un nisbətində 40 faiz artım müşahidə olunub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "The Hill"in məlumatına görə, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən edilən açıqlamada bildirilib: "Parvovirus"un (B19 adlı DNT virusunun yaratdığı və üzərində parlaq qırmızı səpgilərə səbəb olan viral xəstəlik) nisbətində yüksək artım var. Xüsusilə 5-15 yaş arası uşaqların yanaqlarında müşahidə edildiyi ifadə edilib.
Açıqlamada son iki ildə xəstəliyə yoluxma hallarının artdığı və 5-9 yaş arası uşaqlarda baş verən halların ilin əvvəlindən 40 faiz artdığı vurğulanıb. Açıqlamada bədənə daxil olan tənəffüs damcıları ilə keçən bu virusun daha çox qızdırma, başağrısı, oynaq ağrısı və səpki kimi yüngül simptomlar göstərdiyi, ancaq immun sistemi problemi olan və ya xroniki qanı olan insanlarda problem yaradacağı bildirilib. Bəyanatda virusa qarşı peyvəndin hələ hazırlanmadığı vurğulanıb və xəstəliyə qarşı diqqətli olmaq barədə xəbərdarlıq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB