İran Xəzər dənizində hərbi təlim təşkil etdiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yarı-rəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, Hərbi Dəniz Qüvvələrinin təşkil etdiyi təlim yerli vaxtla saat 19:30-dan 20:30-a qədər ölkənin şimalındakı Gilan vilayətində Xəzər dənizində keçirilib.
Xəbərdə, təlimin Hərbi Dəniz Qüvvələrinin müdafiə hazırlığını artırmaq üçün təşkil edildiyi və Gilan vilayətinin Astara Qubernatorluğundan bir səlahiyyətlinin "Cəmiyyət partlayış səslərindən narahat olmasın" ifadəsini işlədib. İran İnqilabı Keşikçiləri Korpusu da avqustun 11-13-də ölkənin qərbində 3 günlük təlim keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB