2 ayının hücumuna məruz qalan şəxs həyatını itirib

2 ayının hücumuna məruz qalan şəxs həyatını itirib

Kanadanın Şimal qütbünə yaxın bölgələrindən biri olan Nunavutda radar stansiyasında işləyən bir şəxs iki qütb ayının hücumu nəticəsində həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kanada hökuməti adından radarlardan müdafiə obyektlərini idarə edən şirkətdən verilən açıqlamada digər əməkdaşların hadisə yerinə gələrək ayılardan birini öldürdüyü bildirilib.

Şirkət hadisə ilə bağlı hərtərəfli araşdırma aparmaq üçün yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edir. Kanada hökumətinin məlumatlarına görə, ölkədə təxminən 17 min ağ ayı var. Bu sayı növün dünya əhalisinin təxminən üçdə ikisini təşkil edir.

Mütəxəssislər qütb ayılarının ovlamaq və çoxalmaq üçün ehtiyac duyduğu dəniz buzunun iqlim dəyişikliyi, qlobal istiləşmə və istixana effekti yaradan yüksək karbon emissiyaları səbəbindən sürətlə əridiyini vurğulayırlar. Bu növün ov üsullarını buzlaqların əriməsinə uyğunlaşdırmaqda çətinlik çəkdiyini və buna görə də aclıqla üzləşdiyini bildirən mütəxəssislər, qütb ayılarının ov sahələrinin daralması səbəbiylə tətbiq etdikləri fərqli ov strategiyalarından faydalana bilməyəcəyinə işarə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə