Yaponiyanın baş naziri vəzifəsini tərk edir

Yaponiyanın baş naziri vəzifəsini tərk edir

Yaponiyanın baş naziri Fumio Kişida sentyabrda tutduğu vəzifədən istefa verəcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyada Fumio Kişidanın siyasi qalmaqallarla dolu 3 illik hakimiyyəti başa çatmaq üzrədir. Baş nazir Kişida sentyabrda Liberal Demokrat Partiyasının (LDP) lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Mətbuat konfransında yenidən partiya liderliyinə namizəd olmayacağını açıqlayan Kişida deyib: “Siyasət ictimai etimad olmadan işləyə bilməz. Bundan sonra mən partiyanın üzvü kimi bütün diqqətimi onun yeni seçilmiş liderini dəstəkləməyə yönəldəcəm".

Kişidanın istefa qərarı dünyanın dördüncü ən böyük iqtisadiyyatına sahib Yaponiyada yeni baş nazir axtarışına səbəb olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə