Hindistanda dövlət xəstəxanasında çalışan qadın həkimin cinsi təcavüzə məruz qalaraq öldürülməsi böyük hiddətə səbəb olub. Hindistanlı həkimlər cinayətkarların həbsi və iş təhlükəsizliyi tələbi ilə etiraz aksiyası keçiriblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, cümə günü dövlət tibb kollecində 31 yaşlı praktikant həkimə hücum edilib. Onun cansız bədəni dincəlmək üçün getdiyi seminar otağında tapılıb və üzərində çoxlu yaralar olub.
Ekspertiza onun cinsi təcavüzə məruz qaldığını və öldürüldüyünü müəyyən edib. Hindistan polisi xəstəxanada könüllü olaraq xidmət edən şübhəlini saxlayıb, lakin xəstəxana rəhbərliyinin dəlilləri gizlətməyə çalışdığı iddia edilib. Hadisə səhiyyə işçilərinin hiddətinə səbəb olub. Kəlkütədə ədalət və təhlükəsizliyin artırılması tələbi ilə nümayişlər keçirilib. Etirazlar tezliklə digər bölgələrə də yayılıb. Biz ədalətli araşdırma istəyirik və mərkəzi istintaq bürosunun müdaxiləsini tələb edirik. İş üzrə sübutları gizlətməyə cəhd edən məmurlara qarşı sərt tədbir görülməsini tələb edirik.
Hindistanda qeydə alınan məlumatlara görə, 2022-ci ildə hər gün orta hesabla 90 zorlama hadisəsi qeydə alınıb. Bu o deməkdir ki, hər 18 dəqiqədən bir qadın zorlanırdı. Lakin həmin il qrup şəklində zorlama və işgəncələrə görə cəmi 11 nəfər həbs edilib. Hindistanda tibb işçilərinə qarşı zorakılıq problemi də həllini gözləyir. Ölkədə həkimlərin 75%-i ən azı bir növ zorakılığa məruz qalır. Daha çox təhlükəsizlik tələb edən hindistanlı həkimlər bəzi dövlət xəstəxanalarında işi dayandırmağa başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB