"HƏMAS" Qəzza danışıqlarında iştirakdan imtina edir

"HƏMAS" Qəzza danışıqlarında iştirakdan imtina edir

Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında cümə axşamına planlaşdırılan atəşkəs danışıqlarında iştirak etməyəcək.

SİA xəbər verir ki, bu barədə RİA Novosti-yə hərəkatın Livandakı nümayəndəsi Əhməd Abdel Hadi məlumat verib.

...Biz cümə axşamına planlaşdırılan danışıqlarda iştirak etməyəcəyik.

Hadinin sözlərinə görə, “HƏMAS” danışıqlar əvəzinə Misir, Qətər və ABŞ-dan sazişin artıq razılaşdırılmış bəndlərinin icra planını təqdim etməyi xahiş edib.

Bundan əvvəl Qahirə, Doha və Vaşinqton İsrail və Fələstin hərəkatını avqustun 14-15-də atəşkəslə bağlı müzakirələri bərpa etməyə çağırıb.

Misir, Qətər və ABŞ liderləri razılığa gəlmək üçün yekun təklifi təqdim etməyə hazır olduqlarını bildiriblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə