Zelenski: "Yüzlərlə rus əsgəri təslim olub..."

Ukrayna Silahlı Qüvvələri aktiv əməliyyatların ərazisini genişləndirir...
Zelenski: "Yüzlərlə rus əsgəri təslim olub..."

...Ukrayna hərbçilərinin Rusiyanın Kursk vilayətində keçirdiyi hərbi əməliyyat zamanı “yüzlərlə” rus əsgəri əsir götürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski bunu avqustun 13-də etdiyi müraciətdə bildirib.

...Bu gün artıq Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin cəbhədəki, eləcə də Kursk vilayətində əməliyyat apardığımız ərazilərdəki vəziyyətlə bağlı bir neçə məruzəsi olub. Biz aktiv fəaliyyətlərin ərazisini genişləndiririk. - deyə Zelenski bildirib.

Bunu deyən Ukrayna prezidenti, daha sonra Ukrayna ordusunun hazırda 74 yaşayış məntəqəsinə nəzarət etdiyini bildirib.

...Bunu təmin edən hər bir əsgərə, hər bir komandirə təşəkkür edirəm. Mübadilə fondunu dolduran bütün oğlanlarımıza bir daha təşəkkür edirəm - bu, dövlətimiz üçün çox vacibdir. Artıq yüzlərlə rusiyalı hərbçi təslim olub və onların hamısına humanist münasibət göstəriləcək – elə münasibət ki, hətta özlərində, rus ordusunda belə onlara qarşı belə münasibət olmayıb.

Zelenskinin sözlərinə görə, bu gün o, həmçinin təcavüzkar dövlətin ərazisində döyüş tapşırıqlarını yerinə yetirən əsgərlərə ödənişlərin verilməsini müzakirə edib. Onlara zəmanət verilməli və tez bir zamanda cəbhə üçün nəzərdə tutulan bütün ödənişlər, bonuslar və digər şeylərlə təmin edilməlidir - heç bir bürokratiya olmadan...

...Bu, dövlətimizin ümumi və məcburi siyasətidir: müdafiəçilərimiz istənilən bürokratik təzyiqdən qorunmalıdır. Bunu da Ukrayna prezidenti bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə