...Kiyev Kursk vilayətinin ərazisinə hücum edərək qırmızı xətti keçdi, ona görə də Putin mümkün qədər qətiyyətlə cavab verəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Con Sallivan CNN telekanalına açıqlama verib.
Amerikalı diplomat xəbərdarlıq edib ki, Rusiya Vaşinqtonu bu hücumda şərik hesab edə bilər.
...Bəlkə də belə... Ruslar hesab edə bilərdilər ki, ABŞ-ın bu işdə, yəni ciddi təxribat və ya terror aktında əli var. Amma etiraf edilməlidir ki, bu, ukraynalıların keçdiyi bir növ qırmızı xəttdir.
Qeyd edək ki, Sallivan bunu jurnalistin Ukrayna Silahlı Qüvvələrinin öz hərəkətlərində sərhədi keçib-keçməməsi ilə bağlı sualını cavablandırarkən deyib.
Amerikanın keçmiş səfiri həmçinin əlavə edib ki, o, Rusiya liderindən Ukrayna qoşunlarına qarşı qətiyyətli reaksiya və cavab gözləyir.
Maraqlıdır ki, sabiq səfir, Putinin mümkün qədər qətiyyətlə cavab verəcəyini istisna etməyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB